QR CodeQR Code

ABŞ-ın 2016-cı ilədək İraqda qalacağı təkzib edildi

3 Jul 2011 23:21

IslamTimes - Əli Dəbbağ: "İraq dövləti Vaşinqtonla heç bir razılıq əldə etməyib. Bu razılaşma haqqında gəzən söz-söhbətlər şayiədir."


"IslamTimes"-ın verdiyi məlumata əsasən, bir sıra İraq informasiya agentlikləri Bağdad və Vaşinqton arasında ABŞ ordusunun 2016-cı ilədək İraqın 5 əyalətində qalacağı barədə tazılaşma əldə edildiyini yazıb.

İraq dövlətinin sözçüsü Əli Dəbbağ isə Fars xəbər agentliyinin müxbirinin uyğun mövzu ilə bağlı sualının cavabında deyib: "İraq dövləti Vaşinqtonla heç bir razılıq əldə etməyib. Bu razılaşma haqqında gəzən söz-söhbətlər şayiədir."

Əli Dəbbağ İraq dövlətinin xalqa arxalanan bir dövlət olduğunu və ABŞ-la hər hansı bir razılaşma planı olarsa ilk olaraq xalqa və parlamentə açıqlanacağını bildirib.


Story Code: 82738

News Link :
https://www.islamtimes.org/az/news/82738/abş-ın-2016-cı-ilədək-iraqda-qalacağı-təkzib-edildi

Islam Times
  https://www.islamtimes.org