QR CodeQR Code

Misirdə yeni parlament seçkilərinin vaxtı açıqlandı

5 Jul 2011 11:06

IslamTimes - Parlament seçkilərinin ardınca prezident seçkiləri də keçiriləcək.


Milli.Az xəbər portalı ANS PRESS-ə istinadən bildirir ki, Misirdə parlament seçkiləri sentyabrın sonlarında keçiriləcək. Bu bəyanatı Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Misirin baş naziri İsam Şərəf verib. Onun sözlərinə görə, parlament seçkilərinin ardınca prezident seçkiləri də keçiriləcək. Baş nazir deyib ki, seçkilər planlaşdırılan müddətdə baş tutacaq.

Misirin bəzi siyasətçiləri seçkilərin başqa vaxta keçirilməsini təklif edirlər. Əksər siyasətçilərin fikrincə, sentyabrda xalq seçki prosesinə daha yaxşı hazırlaşan “Müsəlman qardaşları”na səs verəcək, daha az tanınan yeni partiyalar isə parlamentdə yer qazana bilməyəcəklər.


Story Code: 83041

News Link :
https://www.islamtimes.org/az/news/83041/misirdə-yeni-parlament-seçkilərinin-vaxtı-açıqlandı

Islam Times
  https://www.islamtimes.org