0
Tuesday 5 July 2011 - 11:06

Misirdə yeni parlament seçkilərinin vaxtı açıqlandı

Story Code : 83041
Misirdə yeni parlament seçkilərinin vaxtı açıqlandı
Misirdə yeni parlament seçkilərinin vaxtı açıqlandı
Milli.Az xəbər portalı ANS PRESS-ə istinadən bildirir ki, Misirdə parlament seçkiləri sentyabrın sonlarında keçiriləcək. Bu bəyanatı Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Misirin baş naziri İsam Şərəf verib. Onun sözlərinə görə, parlament seçkilərinin ardınca prezident seçkiləri də keçiriləcək. Baş nazir deyib ki, seçkilər planlaşdırılan müddətdə baş tutacaq.

Misirin bəzi siyasətçiləri seçkilərin başqa vaxta keçirilməsini təklif edirlər. Əksər siyasətçilərin fikrincə, sentyabrda xalq seçki prosesinə daha yaxşı hazırlaşan “Müsəlman qardaşları”na səs verəcək, daha az tanınan yeni partiyalar isə parlamentdə yer qazana bilməyəcəklər.
Comment