QR CodeQR Code

Cinayətin sifarişçiləri əmri yerinə yetirənləri qurban verir

23 Dec 2019 17:22

İslamTimes: Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda qətlə yetirilən amerikalı jurnalist Camal Qaşıqçı ilə bağlı açılan cinayət işi üzrə 5 nəfərə edam cəzası verilib


Səudiyyə Ərəbistanında məhkəmə bu cinayət işi üzrə əlavə olaraq 3 nəfəri ümumilikdə 24 illik həbsə məhkum edib. Məhkəmə bu cinayətin təşkilində şübhəli bilinən Səudiyyə Ərəbistanı Kral Məhkəməsinin müşaviri Səud əl-Kahtaninin əməlində cinayət dəlilləri olmadığını bildirərək, onu azadlığa buraxıb.
Səudiyyə Ərəbistanı Prokurorluğu ölkənin İstanbuldakı keçmiş baş konsulu Məhəmməd əl-Uteybinini də ittiham etməyib.
Qeyd edək ki, səfirlikdə dəhşətli amansızlıqla qətlə yetirilən Camal Qaşıqçının qətli göstərişini Səudiyyə rəsmiləri versə də, onları ittiham etməyə məhkəmənin cürəti çatmayıb.


Story Code: 834373

News Link :
https://www.islamtimes.org/az/news/834373/cinayətin-sifarişçiləri-əmri-yerinə-yetirənləri-qurban-verir

Islam Times
  https://www.islamtimes.org