QR CodeQR Code

Somalidə hərbi bazaya hücum zamanı 7 əsgər, 4 terrorçu ölüb

24 Dec 2019 09:49

İslamTimes: Bazar ertəsi Əl-Qaidə terror qruplaşmasının əl-Şababa aid silahlıları Somalinin cənub-qərbində yerləşən hərbi bazaya hücum edib. 


Hücum zamanı 7 nəfər əsgər ölüb, bir neçə nəfər isə yaralanıb.
Ordu səlahiyyətlisi Hassan İsak hərbi bazaya terror qruplaşması tərəfindən hücum edilməsini təsdiqləyib. 
Terrorçular bir neçə hərbi və mülki nəqliyyat vasitəsini də yandırıblar. Qarşıdurma zamanı dörd terrorçu öldürülüb.
Qeyd edək ki, terrorçuların hücumuna məruz qalan hərbi baza Baidoa şəhərindən 30 kilometr məsafədə yerləşir.


Story Code: 834494

News Link :
https://www.islamtimes.org/az/news/834494/somalidə-hərbi-bazaya-hücum-zamanı-7-əsgər-4-terrorçu-ölüb

Islam Times
  https://www.islamtimes.org