QR CodeQR Code

Terrorçuların Rusiyanın Suriyadakı aviabazasına hücumunun qarşısı alınıb

24 Dec 2019 10:15

İslamTimes: Terror qruplaşmalardan olan bir qrup silahlı şəxslər Rusiyanın Suriyada yerləşən Xmeimim aviabazasına hücum etməyə çalışıblar. 


Bu barədə rusiyalı general-mayor Yuri Borenkov bildirib. 
Onun sözlərinə görə, hadisə gecə düşməzdən bir qədər əvvəl baş verib: “Terrorçular hücum zamanı pilotsuz uçan aparatlardan istifadə ediblər. Rusiya hava hücumundan müdafiə sistemləri cənub-şərqdən hava bazasına istiaqmətləndirilmiş iki dron aşkar edərək onları məhv edib”.
General-mayor əlavə edib ki, hadisə nəticəsində itki və maddi ziyan olmayıb. 


Story Code: 834506

News Link :
https://www.islamtimes.org/az/news/834506/terrorçuların-rusiyanın-suriyadakı-aviabazasına-hücumunun-qarşısı-alınıb

Islam Times
  https://www.islamtimes.org