QR CodeQR Code

Əfqanıstanda “Taliban” könüllülərin hərbi bazasına hücum etdi

29 Dec 2019 20:40

İslamTimes: Əfqanıstanın şimal-şərqində yerləşən Tahar əyalətində taliblər könüllülərin hərbi bazasına hücum ediblər.


Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hücum nəticəsində azı 17 könüllü döyüşçü həlak olub, daha dörd könüllü isə yaralanıb.
Hücumun dəf edilməsi zamanı 10 silahlı məhv edilib.
Xatırladaq ki, Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar uzun müddətdir davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkəboyu silahlı qruplaşmalara qarşı birgə əməliyyatlar keçirirlər.


Story Code: 835476

News Link :
https://www.islamtimes.org/az/news/835476/əfqanıstanda-taliban-könüllülərin-hərbi-bazasına-hücum-etdi

Islam Times
  https://www.islamtimes.org