QR CodeQR Code

Etirazçılar ABŞ səfirliyinin önünü tərk etmir

IslamTimes , 1 Jan 2020 15:20

İslamTimes: Yüzlərlə iraqlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə baxmayaraq, artıq ikinci gündür ki, ABŞ səfirliyi qarşısında aksiya keçirir.


Yüzlərlə iraqlı artıq ikinci gündür ki, Bağdaddakı ABŞ səfirliyinin önündə aksiya keçirir. ABŞ-ın 52 iraqlı hərbçini qətlə yetirməsinə etiraz edən yüzlərlə sakin "ABŞ-a ölüm", "Ölkəmizi tərk edin" şüarları səsləndirir.
Baş nazir əhalidən xahiş edib ki, səfirliyin önünü tərk etsinlər. Amma etirazçılar günahsız Həşd əl-Şəbi üzvlərinin qətlinə etiraz etmək üçün bu məkanı tərk etməyəcəklərini bildiriblər. ABŞ-ın səfirliyin yerləşdiyi məkana iki Apaçi helikopteri göndərməsi də qəzəbli iraqlıları qorxuda bilməyib. 
Qeyd edək ki, ötən gün səfirliyin mühafizə xidmətinin gözyaşardıcı qazla etirazçalara müdaxilə etməsindən sonra 62 nəfər yaralanıb.


Story Code: 835924

News Link :
https://www.islamtimes.org/az/news/835924/etirazçılar-abş-səfirliyinin-önünü-tərk-etmir

Islam Times
  https://www.islamtimes.org