QR CodeQR Code

Hollandiya Əfqanıstana əlavə hərbi birləşmə göndərib

apa , 8 Jul 2011 08:21

IslamTimes - Niderland krallığı Əfqanıstana 160 nəfərdən ibarət əlavə hərbi birləşmə göndərib.


Bu barədə ölkənin müdafiə naziri Hans Hillen məlumat verib.

Göndərilən qrupun vəzifəsi Qunduz əyalətində əfqan polislərinə təlim keçirilməsidir.

Niderland NATO-ya Əfqanıstanda 1600 nəfərlik hərbi birləşmə saxlamağa söz versə də, ölkə rəsmilərinin fikrincə, krallıq 2014-cü ilədək döyüş bölgəsinə 545 nəfər göndərə biləcək. Səbəb isə hökumətin hərbi missiyanın genişləndirilməsi proqramını təsdiq edə bilməməsidir. İndiyədək Əfqanıstanda 24 holland əsgəri həlak olub.


Story Code: 83674

News Link :
https://www.islamtimes.org/az/news/83674/hollandiya-əfqanıstana-əlavə-hərbi-birləşmə-göndərib

Islam Times
  https://www.islamtimes.org