QR CodeQR Code

Hörmüzdə neft daşınması məhdudlaşdırıldı

9 Jan 2020 08:45

İslamTimes: Səudiyyə Ərəbistanı və Braziliyanın neft şirkətlərinin tankerləri Hörmüz boğazından keçməkdən imtina edib.


Axar.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Bahri” və Braziliyanın “Petrobras” neft şirkətləri təhlükəni nəzərə alaraq boğazdan istifadə edərək neft daşımayacaqlarını bəyan ediblər. Həmçinin “Bahri” şirkəti müştərilərinə tələsməməyi məsləhət görüb.
Qeyd edək ki, iranlı generalın ABŞ tərəfindən terror edilməsi və buna cavab olaraq İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbələri endirməsi Yaxın Şərqdə siyasi vəziyyəti gərginləşdirib.
Dünya bazarına çıxarılan neftin 20 faizi məhz Hörmüz boğazından daşınır. İran Hörmüz boğazını bağlaya biləcəyi ilə bağlı xəbərdarlıq da edib. Bu fakt dünya bazarında neftin qiymətinin kəskin artmasına səbəb ola bilər.


Story Code: 837402

News Link :
https://www.islamtimes.org/az/news/837402/hörmüzdə-neft-daşınması-məhdudlaşdırıldı

Islam Times
  https://www.islamtimes.org