QR CodeQR Code

İğtişaşlar Bağdada qayıdır

IslamTimes , 20 Jan 2020 21:45

İslamTimes: Polislə qarşıdurmada yaralananlar var


Bu gün Bağdadda etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. Şəhərin müxtəlif nöqtələrində iğtişaşçılar fəallaşıb. İraq Təhlükəsizlik Qüvvələri bildirir ki, ötən gün və bu gün Bağdadda 100 nəfər yaralanıb. Yaralananlardan 17 nəfəri təhlükəsizlik qüvvələrindəndir. Əl Məyadin xəbər verir ki, bu gün Bağdadda atəş səsləri eşidilib. İraqda sabitliyin pozulmasında maraqlı olan xarici xəbər agentlikləri iki aksiyaçının öldüyünü xəbər verib. Ötən gün Bağdadda üç partlayış da qeydə alınıb. Partlayış baş verən məntəqədə yaralanan 6 mülki şəxs xəstəxanaya çatdırılıb.


Story Code: 839682

News Link :
https://www.islamtimes.org/az/news/839682/iğtişaşlar-bağdada-qayıdır

Islam Times
  https://www.islamtimes.org