QR CodeQR Code

Cavad Zərif Səudiyyə Ərəbistanının XİN başçısına cavab verib

23 Jan 2020 14:23

IslamTimes: İranın Xarici İşlər naziri Səudiyyə Ərəbistanının XİN başçısı Feysəl bin Fərhan əl-Səudun ölkəsinin rəsmi Tehranla danışıqlara hazır olduğuna dair açıqlamasına münasibət bildirib.


APA-nın Tehran bürosunun məlumatına görə, Cavad Zərif özünün “Twitter” səhifəsində İranın qonşu ölkələrlə danışıqlara həmişə açıq olduğunu qeyd edib.
"İran bölgənin mənafeyi və sabitliyi üçün atılacaq hər bir addımı dəstəkləyir və xalqlara ümid verəcək hər bir addıma şərik olmağa hazırdır”, - deyə İran XİN başçısı vurğulayıb.
Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanının XİN başçısı Feysəl bin Fərhan əl-Səud Davos İqtisadi Forumunda çıxışı zamanı ölkəsinin İranla danışıqlara hazır olduğunu bildirib.


Story Code: 840271

News Link :
https://www.islamtimes.org/az/news/840271/cavad-zərif-səudiyyə-ərəbistanının-xin-başçısına-cavab-verib

Islam Times
  https://www.islamtimes.org