QR CodeQR Code

Bağdad NATO-nun icazəsiz fəaliyyətlərini qadağan etdi

IslamTimes , 29 Jan 2020 21:30

İslamTimes: İraq Silahlı Qüvvələri bəyanat yayıb


İraq Silahlı Qüvvələrinin sözçüsü NATO-nun bu ölkədəki fəaliyyətləri ilə bağlı açıqlama verib: Bundan sonra NATO yalnız rəsmi Bağdadın icazəsi ilə fəaliyyət göstərə bilər.
İraq Silahlı Qüvvələrinin sözçüsü Əbdül Kərim Xələf Sputnik xəbər agentliyinə deyib: Bağdadda NATO məsulları ilə görüşdə yeni münasibətlər müzakirə ediləcək. İraq hökuməti NATO ilə müəyyən şərtlər daxilində əməkdaşlıq etməyi planlaşdırır. Hələ ki, NATO ilə İraq hökuməti 2012-ci il müqaviləsi əsasında əməkdaşlıq edir. İraq mövcud müqavilədə milli mənafelərin təmin olunmasını nəzərdə tutur. Rəsmi Bağdad daha çox hərbi təlim çərçivəsində NATO ilə əməkdaşlıq etmək istəyir. NATO-nun istənilən fəaliyyəti İraq hökuməti ilə razılaşdırılmalıdır.
General Qasim Süleymaninin şəhadətindən sonra NATO İraqdakı fəaliyyətlərini dayandırdığını elan edib.
 


Story Code: 841478

News Link :
https://www.islamtimes.org/az/news/841478/bağdad-nato-nun-icazəsiz-fəaliyyətlərini-qadağan-etdi

Islam Times
  https://www.islamtimes.org