QR CodeQR Code

Suriyalı hərbçilər İdlibdə 27 yaşayış məntəqəsini azad edib

30 Jan 2020 10:14

İslamTimes: İdlib de-eskalasiya zonasının azad edilmiş ərazilərindəki 27 yaşayış məntəqəsi Suriya hökumət qüvvələrinin nəzarəti altına keçib.


APA xəbər verir ki, bu barədə Suriyada müharibə edən tərəflər arasında barışıq üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Yuri Borenkov brifinqdə bildirib.
 “İndiyə qədər 27 yaşayış məntəqəsi İdlib de-eskalasiya zonasının azad edilmiş ərazilərində hökumət qoşunlarının nəzarəti altına keçib. Onlar adi insanların normal həyata tez qayıtması üçün əllərindən gələni edirlər”, - Borenkov belə deyib.
Məlumata görə, əvvəllər Suriya hökumətinin nəzarətində olan ərazidə terrorçuların təzyiqlərindən qaçan 30-50 min sakin buraya qayıtmağa hazırdır.


Story Code: 841544

News Link :
https://www.islamtimes.org/az/news/841544/suriyalı-hərbçilər-idlibdə-27-yaşayış-məntəqəsini-azad-edib

Islam Times
  https://www.islamtimes.org