0
Thursday 30 January 2020 - 10:14

Suriyalı hərbçilər İdlibdə 27 yaşayış məntəqəsini azad edib

Story Code : 841544
Suriyalı hərbçilər İdlibdə 27 yaşayış məntəqəsini azad edib
APA xəbər verir ki, bu barədə Suriyada müharibə edən tərəflər arasında barışıq üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Yuri Borenkov brifinqdə bildirib.
 “İndiyə qədər 27 yaşayış məntəqəsi İdlib de-eskalasiya zonasının azad edilmiş ərazilərində hökumət qoşunlarının nəzarəti altına keçib. Onlar adi insanların normal həyata tez qayıtması üçün əllərindən gələni edirlər”, - Borenkov belə deyib.
Məlumata görə, əvvəllər Suriya hökumətinin nəzarətində olan ərazidə terrorçuların təzyiqlərindən qaçan 30-50 min sakin buraya qayıtmağa hazırdır.