QR CodeQR Code

Ərdoğan İstanbulda Həmas Siyasi Bürosunun başçısı ilə görüşüb

2 Feb 2020 08:02

İslamTimes: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü İstanbulda Həmas Qəzza sektorunun siyasi bürosunun rəhbəri İsmayıl Haniyeni qəbul edib.


APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Danışıqlar Vahdettin köşkündə bağlı qapılar arxasında keçirilib. 
Qeyd edək ki, bir gün əvvəl Ərdoğanla Fələstin lideri Mahmud Abbas arasında Yaxın Şərqdəki vəziyyətlə bağlı telefon danışığı olub. 
Tərəflər ABŞ-ın Fələstin-İsrail münaqişəsinin həllinə dair təklif etdiyi sülh planı müzakirə edilib. Türkiyə prezidenti Fələstin xalqının öz hüquqları uğrunda mübarizəsinə dəstəyini ifadə edib.


Story Code: 842106

News Link :
https://www.islamtimes.org/az/news/842106/ərdoğan-istanbulda-həmas-siyasi-bürosunun-başçısı-ilə-görüşüb

Islam Times
  https://www.islamtimes.org