QR CodeQR Code

İran və İraq Süleymaninin öldürülməsinə görə beynəlxalq məhkəmələrə şikayət edəcəklər

4 Feb 2020 23:06

İslamTimes: İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Qüds” qüvvələrinin rəhbəri olmuş general Qasim Süleymaninin ailəsi onun öldürülməsinə görə beynəlxalq məhkəmələrə şikayət etməyə hazırlaşır.


APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili bildirib.
O deyib ki, hazırda Məhkəmə Sistemi və Xarici İşlər Nazirliyi birlikdə şikayət üçün sənəd hazırlayır.
“Tehran prokurorluğu tərəfindən müvafiq sənədlər hazırlanır. İraq da bu məsələ ilə bağlı ayrıca şikayət edəcək”, - deyə Q. İsmaili qeyd edib.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşd əl-Şəbi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər şəhid olub. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.
 


Story Code: 842683

News Link :
https://www.islamtimes.org/az/news/842683/iran-və-iraq-süleymaninin-öldürülməsinə-görə-beynəlxalq-məhkəmələrə-şikayət-edəcəklər

Islam Times
  https://www.islamtimes.org