QR CodeQR Code

BMT-nin Baş katibi: "Artıq Təhlükəsizlik Şurasının qətnamələrinə riayət edilmir"

5 Feb 2020 10:29

İslamTimes: BMT Baş katibi Antoniu Quterreş Liviya, Yəmən və Suriyada eskalasiya vəziyyətinin bərpa olunduğunu elan edib.


APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında deyib.

“Liviyadan, Yəməndən Suriyaya qədər və daha da ətrafa – eskalasiya vəziyyəti qayıdır. Silahlar işə düşür. Hücumlar artır”, - deyə Quterreş narahatlıqla bildirib.

O qeyd edib ki, “bütün vəziyyətlərin fərqli olmasına baxmayaraq, artan qeyri-sabitlik və gərginlik hiss olunur” ki, bu da vəziyyəti daha xoşagəlməz və idarəolunmaz hala gətirir, bununla da kritik səhv riski artır: “Artıq Təhlükəsizlik Şurasının qətnamələrinə riayət olunması onun mürəkkəbi quruyanadək davam edir”.


Story Code: 842780

News Link :
https://www.islamtimes.org/az/news/842780/bmt-nin-baş-katibi-artıq-təhlükəsizlik-şurasının-qətnamələrinə-riayət-edilmir

Islam Times
  https://www.islamtimes.org