QR CodeQR Code

ABŞ-da koronavirusa yoluxanların sayı 12-yə çatıb

6 Feb 2020 10:13

İslamTimes: ABŞ-da koronavirusa yoluxma hallarının sayı 12-yə çatıb.


APA xəbər verir ki, bu barədə ABŞ-ın Səhiyyə İdarəsinin məlumatında bildirilib.
Sonuncu yoluxma halı Viskonsin ştatında qeydə alınıb.
Bu günə olan məlumata görə, ABŞ-da koronavirusa yoluxmada şübhəli bilinən 10 nəfərdən qan analizləri götürülüb. Onlardan 7-də mənfi, 1 nəfərdə isə müsbət nəticə olub. Daha 2 nəfərin isə qan nümunələrinin cavabı məlum deyil.
Ümumilikdə, fevralın 4-ü axşam ABŞ Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin məlumatına görə, ölkədə 293 nəfər virus şübhəsilə yoxlanılıb, onlardan 11-i müsbət, 206-sı isə mənfi nəticə verib. Daha 76 nəfərin cavabları açıqlanmayıb.


Story Code: 842987

News Link :
https://www.islamtimes.org/az/news/842987/abş-da-koronavirusa-yoluxanların-sayı-12-yə-çatıb

Islam Times
  https://www.islamtimes.org