QR CodeQR Code

Çin: İdlib terrorçuların nəzarətində qalmamalıdır!

IslamTimes , 7 Feb 2020 12:01

İslamTimes: Vanq Min: "Suriyanın talehini Suriya xalqı təyin etməlidir. Xarici qüvvələr Suriyanın daxili işlərinə qarışmamalıdır..."


Çinin BMT-dəki daimi nümayəndəsi Vanq Min bu təşkilatın Suriyanın İdlib vilayətindəki vəziyyətlə bağlı təcili toplantısında çıxış edərək deyib: "Suriyada problemlərin həlli üçün yeganə seçim siyasi həll yoludur!"
Çinin BMT-dəki nümayəndəsi əlavə edib: "İdlibdəki terrorçuların başqa məntəqələrə keçməsinə icazə verilməməlidir. Suriyanın talehini Suriya xalqı təyin etməlidir. Xarici qüvvələr Suriyanın daxili işlərinə qarışmamalıdır..."
Vanq Min BMT-dən mülki qaçqınlara yardım edilməsini istəyib və bildirib ki, Çin Suriyada sabitlik bərqərar olan şəhərlərin yenidən qurulması üçün Suriya hakimiyyətinə kömək etməyə hazırdır.
Qeyd edək ki, Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşar Cəfəri də öz çıxışı zamanı bildirib ki, İdlib Suriya vilayətidir və xarici ölkələrin bu torpaqlardakı qeyri-qanuni mövcudiyyətini Suriya heç bir şəkildə qəbul edə bilməz.


Story Code: 843162

News Link :
https://www.islamtimes.org/az/news/843162/çin-idlib-terrorçuların-nəzarətində-qalmamalıdır

Islam Times
  https://www.islamtimes.org