QR CodeQR Code

Yaponiyada yeni koronavirusa yoluxmuş ilk xəstə müalicə olunaraq evə buraxılıb

9 Feb 2020 19:50

İslamTimes: Yaponiyada yeni koronavirusa yoluxmuş ilk xəstə müalicə olunaraq fevralın 8-də evə buraxılıb.


AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, 60-dan çox yaşı olan həmin şəxsin Nara şəhərində çinli turistləri gəzdirən avtobusun sürücüsü olduğu bildirilir. Eyni zamanda, onun Çindən kənarda yeni koronavirusa yoluxmuş ilk yapon olduğu qeyd edilir.
Sürücünün çinli turistlərdən yoluxduğu bildirilsə də, onda yeni koronovirusun yaratdığı sətəlcəmin simptomları ilk mərhələdə müəyyən edilməyib. Sonradan yeni virus həmin avtobusda çalışan qadın bələdçidə də aşkar edilib.
Yaponiya Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hazırda ölkədə 25 nəfər yeni koronavirusa yoluxub. Bundan əlavə, Yokohama limanında saxlanılan “Diamond Princess” kruiz gəmisində də yeni virusa yoluxmuş 64 nəfər qeydə alınıb.


Story Code: 843596

News Link :
https://www.islamtimes.org/az/news/843596/yaponiyada-yeni-koronavirusa-yoluxmuş-ilk-xəstə-müalicə-olunaraq-evə-buraxılıb

Islam Times
  https://www.islamtimes.org