QR CodeQR Code

Minlərlə İdlib sakini Suriya ordusunun İdlibə daxil olmasını istəyir

IslamTimes , 9 Feb 2020 23:52

İslamTimes: Minlərlə İdlib sakini məktub vasitəsi ilə Suriya ordusunun İdlibə daxil olmasını istəyib


"Rusiya Al-Yaum" xəbər verir ki, Suriya Milli Barışıq heyətinin üzvü Ömər Rəhmun minlərlə İdlib sakininin Suriya ordusuna ünvanladığı məktubla ordunun İdlibə daxil olmasını istədiyini bildirib. O İdlibin bir çox məntəqələrindən məktublarla hakimiyyətə müraciət edildiyini qeyd edib. İdlib sakinləri ordu şəhərə daxil olan zaman, terrorçulara qarşı vuruşda onlara yardım edəcəyini bildirib.
Ömər Rəhmun əlavə edib: Suriya hakimiyyəti barışıq tərəfdarıdır və barışıq razılaşmasını qəbul edən şəhərlərdə hərbi əməliyyat olmayacaq. Biz Suriya xalqının evindən-eşiyindən didərgin düşməsini istəmirik, məqsədimiz şəhərlərin terrorçulardan təmizləməsi və onların işğalından azad olunmasıdır.


Story Code: 843618

News Link :
https://www.islamtimes.org/az/news/843618/minlərlə-idlib-sakini-suriya-ordusunun-idlibə-daxil-olmasını-istəyir

Islam Times
  https://www.islamtimes.org