0
Sunday 9 February 2020 - 23:52

Minlərlə İdlib sakini Suriya ordusunun İdlibə daxil olmasını istəyir

Story Code : 843618
Minlərlə İdlib sakini Suriya ordusunun İdlibə daxil olmasını istəyir
"Rusiya Al-Yaum" xəbər verir ki, Suriya Milli Barışıq heyətinin üzvü Ömər Rəhmun minlərlə İdlib sakininin Suriya ordusuna ünvanladığı məktubla ordunun İdlibə daxil olmasını istədiyini bildirib. O İdlibin bir çox məntəqələrindən məktublarla hakimiyyətə müraciət edildiyini qeyd edib. İdlib sakinləri ordu şəhərə daxil olan zaman, terrorçulara qarşı vuruşda onlara yardım edəcəyini bildirib.
Ömər Rəhmun əlavə edib: Suriya hakimiyyəti barışıq tərəfdarıdır və barışıq razılaşmasını qəbul edən şəhərlərdə hərbi əməliyyat olmayacaq. Biz Suriya xalqının evindən-eşiyindən didərgin düşməsini istəmirik, məqsədimiz şəhərlərin terrorçulardan təmizləməsi və onların işğalından azad olunmasıdır.
Source : IslamTimes