QR CodeQR Code

Fələstindən Netanyahuya cavab: “Dünya Fələstin xəritəsini tanıyır”

10 Feb 2020 14:16

İslamTimes: Trampın qondarma “Əsrin müqaviləsi”nə görə, İordan çayının qərb sahilindən bəzi yerləri ərazilərinə əlavə etmək üçün xəritə çəkməyə başladıqlarını söyləyən İsrail rejiminin baş naziri Netanyahuya Fələstin rəhbərliyindən cavab gecikməyib.


Fələstin Muxtariyyətinin rəhbərinin mətbuat katibi Nəbil Əbu Rudeynə belə bir açıqlama verib: “Dövlətin xəritəsi Birləşmiş Millətlər Təşkilatının qərarlarına görə dünya tərəfindən qəbul edilmiş bir xəritədir”.
Xəritənin 4 iyun 1967-ci il sərhədlərindəki bir dövlətə aid olduğunu və paytaxtı Şərqi Qüds olduğunu söyləyən Rudeynə, belə deyib: “Bunlardan başqa heç bir xəritə ilə əlaqəmiz olmayacaq”.
Əbu Rudeynə bunun bölgədə və dünyada sabitlik və təhlükəsizliyi təmin edəcək yeganə xəritə olduğunu vurğulayıb. /Deyerler/


Story Code: 843743

News Link :
https://www.islamtimes.org/az/news/843743/fələstindən-netanyahuya-cavab-dünya-fələstin-xəritəsini-tanıyır

Islam Times
  https://www.islamtimes.org