QR CodeQR Code

Ayətullah Xamenei 2315 məhbusun əfv olunması göstərişini verdi

IslamTimes , 10 Feb 2020 18:18

İslamTimes: İnqilab ildönümü münasibəti ilə Ali Dini Lider Ayətullah Xameneidən böyük əfv sərəncamı


YJC.ir xəbər agentliyi bildirir ki, Ali Dini Lider Ayətullah Xamenei İslam İnqilabının ildönümü (22 bəhmən) münasibətilə 2315 məhbusun əfvi sərəncamını imzalayıb.

Qeyd edək ki, Məhkəmə Hakimiyyətinin sədri höccətül-İslam vəl-müslimin İbrahim Rəisi İslam İnqilabı Rəhbərinə müraciət edərək Amnistiya Komissiyası tərəfindən müvafiq tələblərə uyğun görülən 2315 məhbusun geri qalan cəzasının əfvi, yüngülləşdirilməsi və ya əvəzlənməsini təklif etmişdi.

Sabah 11 fevral İranda İslam İnqilabının ildönümüdür. Hər il milyonlarla İran vətəndaşı küçələrə çıxaraq, bu günü bayram kimi qeyd edir.


Story Code: 843781

News Link :
https://www.islamtimes.org/az/news/843781/ayətullah-xamenei-2315-məhbusun-əfv-olunması-göstərişini-verdi

Islam Times
  https://www.islamtimes.org