QR CodeQR Code

Rusiya: ABŞ öz mənafeini düşünərək sanksiyalara əl atır

IslamTimes , 10 Feb 2020 23:31

İslamTimes: ABŞ öz mənafelərini təmin etmək üçün digər ölkələrə qarşı iqtisadi sanksiyalar tətbiq edir!


"Sputnik" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, ABŞ öz mənafelərini təmin etmək üçün qeyri-qanuni sanksiyalara əl atır. Bütün bunlar zərər-ziyanlara səbəb olan addımlardır.
Peskov ABŞ-ın yeni sanksiyalar tətbiq edəcəyi ehtimalını xatırladaraq bildirib ki, Rusiya qəti şəkildə bu sayaq təzyiqlərə qarşıdır.
Peskov əlavə edib: "Amerika əksər ölkələrə qarşı iqtisadi sanksiyalara əl atır. Bu beynəlxalq hüquq prinsiplərinə ziddir və bir çox ölkələrə qarşı tətbiq edilmiş sanksiyalar qeyri-qanunidir."
Qeyd edək ki, rəsmi Vaşinqton bu dəfə Rusiya hakimiyyətinin Venezuela ilə əlaqələrini bəhanə edərək Rusiyaya yeni sanksiyalar tətbiq etmək niyyətindədir. 
 


Story Code: 843833

News Link :
https://www.islamtimes.org/az/news/843833/rusiya-abş-öz-mənafeini-düşünərək-sanksiyalara-əl-atır

Islam Times
  https://www.islamtimes.org