QR CodeQR Code

Türkiyənin Suriya torpaqlarına təcavüzü beynəlxalq qanunların pozulmasıdır

IslamTimes , 11 Feb 2020 22:41

İslamTimes: "Türkiyənin Suriya torpaqlarına təcavüz edərək hərbi əməliyyatlar həyata keçirməsi və Suriya ordusunu hədəfə alması beynəlxalq qanunların pozulmasıdır"


Suriya Silahlı Qüvvələrinin Baş Qərargahı Türkiyə ordusunun son günlərdə Suriya torpaqlarındakı fəaliyyətləri ilə bağlı bəyanat yayaraq bildirib: "Türkiyənin Suriya torpaqlarında hərbi əməliyyatları və Suriya ordusunu hədəfə alması son günlərdə daha da çoxalıb. Bu beynəlxalq qanunlara ziddir və müstəqil dövlətlərin suverenliyinin pozulmasıdır!
Türkiyə hakimiyyətinin bu addımları İdlib və Hələbdəki terrorçuların məhvi prosesinin qarşısını almaq üçündür. Bu şəhərlərdəki terror təşkilatları beynəlxalq terrorçu təşkilatlar siyahısına adları salınmış qruplaşmalardır..."
Suriya Ordusu həmçinin bildirib ki, Türk Silahlı Qüvvələri Suriyada həm hərbçilərin yerləşdiyi, həm də dinc sakinlərin yaşadığı məntəqələri hədəfə alıb.
Suriya ordusu Türkiyənin bu addımlarının terrorçulara qarşı mübarizənin dayandırılmasına səbəb olmayacağını təkidlə vurğulayıb.


Story Code: 843988

News Link :
https://www.islamtimes.org/az/news/843988/türkiyənin-suriya-torpaqlarına-təcavüzü-beynəlxalq-qanunların-pozulmasıdır

Islam Times
  https://www.islamtimes.org