QR CodeQR Code

Ronald Reyqanın qızı Trampı sərt tənqid edib

22 Feb 2020 02:32

İslamTimes: ABŞ-ın keçmiş prezidentinin qızı dərc olunan məqaləsində ölkənin hazırkı prezidentinin hərəkətlərini kəskin tənqid edib.


"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, "The Hill" portalı bildirib ki, Petti Devis "Deyli Best" qəzetində dərc olunan bir məqalədə Trampın hərəkətlərini kəskin tənqid edərək yazıb: " Trampın dağıdıcılığını bərpa etmək amerikalılar üçün qat-qat çətin ola bilər". Reyqanın qızı, ABŞ prezidentini atasının hökuməti ilə müqayisə edərək yazıb: "Mənə elə gəlir ki, prezidentliyin nə olduğunu unudaraq, risk altındayıq". Qeyd edək ki, Trampın qalmaqallı davranışları və siyasəti əvvəllər təkcə ABŞ-da deyil, həm də bu ölkədən kənarda olan siyasətçilər tərəfindən sərt tənqid olunmuşdu.

 


Story Code: 846019

News Link :
https://www.islamtimes.org/az/news/846019/ronald-reyqanın-qızı-trampı-sərt-tənqid-edib

Islam Times
  https://www.islamtimes.org