QR CodeQR Code

Pakistanda güclü yağışlar 17 nəfərin ölümünə səbəb olub

8 Mar 2020 08:35

İslamTimes: Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində yağan güclü yağışlar nəticəsində 17 nəfər ölüb, 37 nəfər yaralanıb.


APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə əyalətdə təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üzrə idarə məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, ölənlərin arasında üç qadın və 14 uşaq da var, 27 uşaq isə xəsarət alıb.

Güclü yağış və külək 50-dən çox binanın qismən və ya tamamilə məhv olmasına səbəb olub.

 


Story Code: 849130

News Link :
https://www.islamtimes.org/az/news/849130/pakistanda-güclü-yağışlar-17-nəfərin-ölümünə-səbəb-olub

Islam Times
  https://www.islamtimes.org