0
Sunday 8 March 2020 - 08:35

Pakistanda güclü yağışlar 17 nəfərin ölümünə səbəb olub

Story Code : 849130
Pakistanda güclü yağışlar 17 nəfərin ölümünə səbəb olub
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə əyalətdə təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üzrə idarə məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, ölənlərin arasında üç qadın və 14 uşaq da var, 27 uşaq isə xəsarət alıb.

Güclü yağış və külək 50-dən çox binanın qismən və ya tamamilə məhv olmasına səbəb olub.