QR CodeQR Code

Məhkəmə Netanyahunun istəyini rədd etdi

IslamTimes , 10 Mar 2020 23:31

İslamTimes: Netanyahunun mühakiməsinin təxirə salınması ilə bağlı istəyi rədd edildi


"Jerusalem Post" xəbər agentliyinin məlumatına əsasən, İşğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahunun istəyi hakim tərəfindən rədd edilib. Netanyahu məhkəməsinin təxirə salınmasını istəmişdi. Amma Beytül-Müqəddəs məhkəməsi bu istəyə mənfi cavab verib.

KİV-in xəbərində bildirilir ki, sionist rejimin baş prokuroru Avichai Mandelblit Netanyahunun məhkəməsinin təxirə salınmasına ehtiyac olmadığını söyləyib. O bildirib ki, Netanyahu ilə bağlı digər şübhəli məqamların üzə çıxması üçün onun ilk məhkəmə iclasının keçirilməsi vacibdir. İlk iclasın zamanı 17 marta təyin edilib.

Qeyd edək ki, Netanyahuya qarşı 3 ayrı korrupsiya sənədinə görə iddia qaldırılıb. Onun həyat yoldaşı Sara Netanyahu da bir neçə gün öncə hakim qarşısına çıxıb. Onun dövlət büdcəsindən 99 min dollar mənimsədiyi bildirilir.


Story Code: 849604

News Link :
https://www.islamtimes.org/az/news/849604/məhkəmə-netanyahunun-istəyini-rədd-etdi

Islam Times
  https://www.islamtimes.org