QR CodeQR Code

ABŞ-ın pilotsuz təyyarələri Pakistanda yenə qan tökdü

islamtimes , 14 Jul 2011 19:52

Translator :

İslamtimes - Bu hücümda 32 nəfərin ölümündən söz gedir .


islamtimes.org/az/ - Pakistanın Əfqanstan sərhəddindəki Şimali və Cənubi Vəziristan bölgələrində pilotsuz Amerika təyyarələrinin etdiyi hücumlarda bir gündə 32 adam həlak olub.

“Dünya Bülletenin” in verdiyi xəbərə görə yerli “Geo News” televiziyasının verdiyi məlumatda CIA pilotsuz təyyarələri tərəfindən son 24 saatda Əfqanıstan sərhəddindəki kəndlərə altı mərmi atıldığı və bu hücum nəticəsində 32 adamın öldüyü, çox sayda insanın da yaralandığı bildirilir.

CIA təyyarələrinin Şimali və Cənubi Vəziristan bölgələrində uçmağa davam etdiyini bildirib.

Xatırladaq ki, Pakistan rəhbərliyi ABŞ-ın həyata keçirdiyi terror aktlarına qarşı çıxdıqda, rəsmi Vaşinqton Əl Qaidə və Taliban təşkilatlarına qarşı mübarizə apardığını bəhanə edir.


Story Code: 85056

News Link :
https://www.islamtimes.org/az/news/85056/abş-ın-pilotsuz-təyyarələri-pakistanda-yenə-qan-tökdü

Islam Times
  https://www.islamtimes.org