0
Thursday 14 July 2011 - 19:52

ABŞ-ın pilotsuz təyyarələri Pakistanda yenə qan tökdü

Story Code : 85056
ABŞ-ın pilotsuz   təyyarələri Pakistanda yenə qan tökdü
ABŞ-ın pilotsuz təyyarələri Pakistanda yenə qan tökdü
Islam times.org/az/ - Pakistanın Əfqanstan sərhəddindəki Şimali və Cənubi Vəziristan bölgələrində pilotsuz Amerika təyyarələrinin etdiyi hücumlarda bir gündə 32 adam həlak olub.

“Dünya Bülletenin” in verdiyi xəbərə görə yerli “Geo News” televiziyasının verdiyi məlumatda CIA pilotsuz təyyarələri tərəfindən son 24 saatda Əfqanıstan sərhəddindəki kəndlərə altı mərmi atıldığı və bu hücum nəticəsində 32 adamın öldüyü, çox sayda insanın da yaralandığı bildirilir.

CIA təyyarələrinin Şimali və Cənubi Vəziristan bölgələrində uçmağa davam etdiyini bildirib.

Xatırladaq ki, Pakistan rəhbərliyi ABŞ-ın həyata keçirdiyi terror aktlarına qarşı çıxdıqda, rəsmi Vaşinqton Əl Qaidə və Taliban təşkilatlarına qarşı mübarizə apardığını bəhanə edir.
Translator :
Source : islamtimes
Comment