QR CodeQR Code

ABŞ hava limanları iflic oldu

IslamTimes , 16 Mar 2020 23:18

İslamTimes: Avropadan evlərinə dönən şəxslərin çantalarını təhvil almaq üçün 6 saat gözləməli olması hava limanında inanılmaz sıxlıq yaranmasına səbəb olub


Fransa KİV-nin verdiyi məlumata əsasən ABŞ hava limanlarında Avropadan gələn sərnişinlərin çantaları dezinfeksiya edildiyindən hava limanında qorxunc növbələr yaranıb. Evlərinə dönən şəxslər çantalarını təhvil almaq üçün 6 saat gözləməli olublar.

ABŞ prezidenti Donald Tramp Şengen zonasında (25 Avropa dövlətində) yaşayan və ya son iki həftədə bu ölkələrə səfər edən şəxslərin normal günlərdəki kimi Amerikaya daxil olmasını yasaqlayıb. Avropadan dönən Amerika vətəndaşları yalnız müəyyən edilmiş hava limanlarından virusa yoluxma yoxlamalarından keçdikdən sonra evlərində karantin olunmaq şərti ilə ABŞ ərazisinə daxil ola bilər.

Vətəndaşlar hava limanında yaranmış dözülməz vəziyyətə görə ABŞ dövlətinə etiraz ediblər. Hər fərdin təkcə temperaturunun yoxlanılması üçün ən azı 60 saniyə zaman lazımdır. Onların əşyalarının dezinfeksiyası ilə saatlarca vaxt alır. Dövlət sakinləri razı salmaq üçün dezinfeksiyası avadanlıqlarının sayının arıtırılacağını vəd edib.


Story Code: 850774

News Link :
https://www.islamtimes.org/az/news/850774/abş-hava-limanları-iflic-oldu

Islam Times
  https://www.islamtimes.org