0
Monday 16 March 2020 - 23:18

ABŞ hava limanları iflic oldu

Story Code : 850774
ABŞ hava limanları iflic oldu
Fransa KİV-nin verdiyi məlumata əsasən ABŞ hava limanlarında Avropadan gələn sərnişinlərin çantaları dezinfeksiya edildiyindən hava limanında qorxunc növbələr yaranıb. Evlərinə dönən şəxslər çantalarını təhvil almaq üçün 6 saat gözləməli olublar.

ABŞ prezidenti Donald Tramp Şengen zonasında (25 Avropa dövlətində) yaşayan və ya son iki həftədə bu ölkələrə səfər edən şəxslərin normal günlərdəki kimi Amerikaya daxil olmasını yasaqlayıb. Avropadan dönən Amerika vətəndaşları yalnız müəyyən edilmiş hava limanlarından virusa yoluxma yoxlamalarından keçdikdən sonra evlərində karantin olunmaq şərti ilə ABŞ ərazisinə daxil ola bilər.

Vətəndaşlar hava limanında yaranmış dözülməz vəziyyətə görə ABŞ dövlətinə etiraz ediblər. Hər fərdin təkcə temperaturunun yoxlanılması üçün ən azı 60 saniyə zaman lazımdır. Onların əşyalarının dezinfeksiyası ilə saatlarca vaxt alır. Dövlət sakinləri razı salmaq üçün dezinfeksiyası avadanlıqlarının sayının arıtırılacağını vəd edib.
Source : IslamTimes