QR CodeQR Code

Türkiyədən Azərbaycan xalqını qəzəbləndirəck addım

17 Mar 2020 11:13

İslamTimes: Türkiyə Azərbaycanda hər kəsin sevdiyi Mübariz Mənsimov barəsində həbs qərarı verdi


Məhkəmə FETÖ istintaqı çərçivəsində saxlanılan “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov barəsində həbs qərarı verib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Xatırladaq ki, “Palmali Holding”in İdarə Heyətinin sədri Mübariz Mənsimovla şirkətin meneceri Nuray Nurcihan Perker FETÖ/PDY istintaqı çərçivəsində saxlanılıb.

İstintaq çərçivəsində saxlanılmış Mənsimov və Perkerin FETÖ üzvü olduğu və təşkilatın rəhbərləri ilə intensiv əlaqələrinin olduğunu iddia edilir.

Qeyd edək ki, Mübariz Mənsimov imkansız insanlara yardımlarına, Ermənistan işğalçılarına qarşı fəaliyyətlərinə görə bütün azərbaycanlılar tərəfindən sevilən bir şəxsdir. Sosial şəbəkələrdə minlərlə azərbaycanlı profil şəkilinə Mübariz Mənsimovun da şəkilini əlavə edib. 


Story Code: 850849

News Link :
https://www.islamtimes.org/az/news/850849/türkiyədən-azərbaycan-xalqını-qəzəbləndirəck-addım

Islam Times
  https://www.islamtimes.org