QR CodeQR Code

Berni Sanders İrana qarşı sanksiyaların ləğvini tələb etdi

19 Mar 2020 13:40

İslamTimes: Dünyanın qlobal bir epidemiya ilə mübarizə apardığı bir vaxtda ən çox təsirlənən ölkələrdən biri olan İran da ABŞ embarqosu ilə mübarizə aparır.


Deyerler.org xəbər verir ki, Tramp rəhbərliyinin İrana epidemiya üçün tələb olunan tibbi avadanlıqlara tətbiq etdiyi sanksiyalarına təkid etməsinə ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərinin namizədi, Vermont senatoru Berni Sanders də etiraz edib.

Berni Sanders Tvitter üzərindən belə bir açıqlama verib: “İran koronavirus pandemiyasına görə, fəlakətli bir ziyanla üzləşib. ABŞ sanksiyaları bu humanitar fəlakətə töhfə olmamalıdır.

Qayğıkeş bir xalq olaraq, İranın bu böhranı həll etmək qabiliyyətinə xələl gətirən istənilən sanksiyaları, o cümlədən maliyyə sanksiyalarını qaldırmalıyıq”.


Story Code: 851315

News Link :
https://www.islamtimes.org/az/news/851315/berni-sanders-irana-qarşı-sanksiyaların-ləğvini-tələb-etdi

Islam Times
  https://www.islamtimes.org