0
Thursday 19 March 2020 - 13:40

Berni Sanders İrana qarşı sanksiyaların ləğvini tələb etdi

Story Code : 851315
Berni Sanders İrana qarşı sanksiyaların ləğvini tələb etdi
Deyerler.org xəbər verir ki, Tramp rəhbərliyinin İrana epidemiya üçün tələb olunan tibbi avadanlıqlara tətbiq etdiyi sanksiyalarına təkid etməsinə ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərinin namizədi, Vermont senatoru Berni Sanders də etiraz edib.

Berni Sanders Tvitter üzərindən belə bir açıqlama verib: “İran koronavirus pandemiyasına görə, fəlakətli bir ziyanla üzləşib. ABŞ sanksiyaları bu humanitar fəlakətə töhfə olmamalıdır.

Qayğıkeş bir xalq olaraq, İranın bu böhranı həll etmək qabiliyyətinə xələl gətirən istənilən sanksiyaları, o cümlədən maliyyə sanksiyalarını qaldırmalıyıq”.