QR CodeQR Code

Putin Əsədlə İdlibi müzakirə etdi

21 Mar 2020 00:10

İslamTimes: Rusiyanın prezidenti Vladimir Putin ilə Suriyanın prezidenti Bəşər Əsəd arasında telefon danışığı baş tutub.


Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Kremldən verilən açıqlamaya görə, tərəflər martın 5-i Türkiyə və Rusiya liderlərinin Moskvada reallaşan görüş nəticəsində imzalanmış İdlib de-eskalasiya bölgəsində sabitliyin təmin edilməsi ilə bağlı razılaşma əsasında Suriyadakı vəziyyəti müzakirə ediblər.

Putin və Əsəd, həmçinin Suriya Konstitusiya Komitəsi nəzdindəki siyasi prosesin gedişi və Suriyaya humanitar yardımın göstərilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.


Story Code: 851651

News Link :
https://www.islamtimes.org/az/news/851651/putin-əsədlə-idlibi-müzakirə-etdi

Islam Times
  https://www.islamtimes.org