QR CodeQR Code

Pentaqonu ziyarət edən 2 nəfərdə korona çıxdı

21 Mar 2020 10:25

İslamTimes: Pentaqon binasını ziyarət edən iki nəfərdə koronavirus aşkarlanıb.


Axar.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb. Məlumata görə, bir neçə gün əvvəl Pentaqonu ziyarət edən 2 hərbçidə koronavirusa görə aparılan test nəticəsi pozitiv olub.

Bununla əlaqədar ABŞ Hərbi Qüvvələri açıqlamaya yayaraq, virusa yoluxan şəxslərdən birinin pilot, digərinin isə hərbi nümayəndə olduğunu bildirib.

Pilotun nazirliyə bazarertəsi gəldiyi və bir saatdan az vaxt ərzində binada olduğu qeyd edilib.

Virusa yoluxan digər hərbçinin isə martın 2-də nazirliyə gəldiyi deyilib.


Story Code: 851691

News Link :
https://www.islamtimes.org/az/news/851691/pentaqonu-ziyarət-edən-2-nəfərdə-korona-çıxdı

Islam Times
  https://www.islamtimes.org