QR CodeQR Code

BMT də səssizliyi pozub ABŞ-a etiraz etdi

25 Mar 2020 01:00

İslamTimes: BMT: Koronavirusla mübarizə aparan İran, Venesuela, Şimali Koreya, Zimbabve və Kuba kimi ölkələrə tətbiq edilən sanksiyalar yüngülləşdirilməlidir.


Axar.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə ali komissarı Mişel Baçelet deyib. Sanksiyalara məruz qalan ölkələrin bir çoxunun səhiyyəsinin zəif olduğunu, bəzilərində də tibbi ləvazimat çatışmadığını bildirən BMT rəsmisi vurğulayıb ki, bu ölkələrin tibb sisteminin çökməsinin qarşısı alınmalıdır:

"Banklara çıxış və tibbi ləvazimatların idxalındakı maneələr ölkələrə uzunmüddətli zərər vuracaq. Bu kritik dövrdə sanksiyaların yüngülləşdirilməsi və ya dayandırılması lazımdır. Epidemiyanın yayıldığı zamanda bir ölkənin tibbi araşdırmalarına mane olmaq hamımız üçün riskin miqyasını artırır”.


Story Code: 852409

News Link :
https://www.islamtimes.org/az/news/852409/bmt-də-səssizliyi-pozub-abş-a-etiraz-etdi

Islam Times
  https://www.islamtimes.org