QR CodeQR Code

Korona ABŞ-a dəhşət yaşadır: 100 minə qalxdı...

28 Mar 2020 01:27

İslamTimes: Dünya üzrə koronavirusa yoluxma halı ilə bağlı son statistika açıqlanıb.


Axar.az xəbər verir ki, hazırda bu virusa yoluxanların sayının 586 473 olduğu açıqlanıb. Onlardan 26.889 nəfər ölüb, 132.428 nəfər isə sağalıb.

ABŞ-da yoluxma kəskin artıb və 98.080-ə çatıb. Bu ölkədə son sutkada 218 nəfər virusdan həyatını itirib, ümumilikdə isə koronavirusdan ölənlərin sayı 1.513-ə yüksəlib.

İtaliya yoluxma sayına görə Çini üstələyib və ikinci yerə qalxıb. Hazırda İtaliyada koronavirusa 86.498 yoluxma var. Son sutkada isə rekord ölüm qeydə alınıb - 919 nəfər. İtaliyada ümumi ölənlərin sayı 9.134-ə çatıb.

3-cü yerdə Çin (81.340 yoluxça, 3.292 ölüm), İspaniya (64.059 yoluxma, 4.934 ölüm) və Almaniya (50.178 yoluxma, 338 ölüm) qərarlaşıb.

İspaniyada da bu gün rekord ölüm - 569 nəfər - qeydə alınıb.

Fransa yoluxmada İranı qabaqlayaraq, 6-cı yerə qalxıb. Bu ölkədə 32.964 yoluxma var, ümumilikdə 1995 nəfər ölüb (son sutkada 299 nəfər).
 


Story Code: 853080

News Link :
https://www.islamtimes.org/az/news/853080/korona-abş-a-dəhşət-yaşadır-100-minə-qalxdı

Islam Times
  https://www.islamtimes.org