QR CodeQR Code

İşğalçı İsrail rejimi Suriyanın Şayrat aviabazasına hücum etdi

1 Apr 2020 15:45

İslamTimes: Suriya böhranının başladığı 2011-ci ildən etibarən Suriya torpaqlarına çoxsaylı hücumlar həyata keçirən İsrail rejiminin Suriyanın mərkəzindəki Homs şəhərinin şərqindəki nöqtələrə növbəti dəfə hücum etdiyi bildirilib.


Deyerler.org xəbər verir ki, İsrail rejiminin hərbi təyyarələri Livanın hava məkanından Suriyanın Şayrat aviabazasına ən azı 10 raket atıb.

Suriya dövlət agentliyi SANA-nın xəbərində isə belə qeyd olunub: “Yerli vaxtla saat 20:25-də İsrail rejiminin hərbi təyyarələri Livan ərazisindən Homs istiqamətinə bir sıra raketlər atdı. Hava hücumundan müdafiə sistemlərimiz xeyli sayda düşmən raketini vuraraq operativ cavab verdi”.

Agentlik hücum nəticəsində yaranan maddi ziyan və ya itki barədə hələ məlumat verməyib.

Hücumdan əvvəl Livanın Sham FM radiosunun məlumatında bildirildi ki, İsrail rejiminin təyyarələri ölkənin İsrail rejimi ilə Suriya sərhədindəki Kesrouan əyalətinin üzərindən uçduğu müşahidə edilib.


Story Code: 854026

News Link :
https://www.islamtimes.org/az/news/854026/işğalçı-israil-rejimi-suriyanın-şayrat-aviabazasına-hücum-etdi

Islam Times
  https://www.islamtimes.org