QR CodeQR Code

Doktor Vilayəti: "Koronavirusdan müalicə üçün İran istehsalı dərmanın istifadəsinə başlanılır"

6 Apr 2020 09:02

İslamTimes: Ali dini lider Ayətullahul-üzma Seyyid Əli Xameneinin müşaviri və eyni zamanda koronavirusa yoluxmuş xəstələrin müalicə olunduğu Tehranın Məsih Daneşvari xəstəxanasının baş həkimi Doktor Əli Əkbər Vilayəti koronavirusdan müalicə olunduqdan sonra ilk dəfə iş başına qayıdıb və konfrans keçirib.


Deyerler.org-un İRNA-ya istinadən verdiyi xəbərə görə, xəstəxanın tibbi heyəti və jurnalistlər qarşısında çıxış edən Əli Əkbər Vilayəti koronavirusla mübarizədə böyük səy göstərən bütün tibb işçilərinə minnətdarlıq edib.

Böyük səylər nəticəsində tezliklə koronavirusa qalib gəlinəcəyini bildirən Doktor Vilayəti eyni zamanda koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün istehsal olunmuş ilk dərmanın artıq xəstəxanaya çatdırıldığını bildirib. "Şəhid Behişti adına universitetin əzcazçılıq fakültəsi tərəfindən istehsal olunan Favipiravir dərmanı artıq Məsih Daneşvari xəstəxanasına çatdırılıb və təsdiqlənmiş protokol əsasında tətbiqinə başlanılacaq. Xəstələrin müalicəsi tam təmənnasız həyata keçiriləcək", - deyə Doktor Vilayəti vurğulayıb.


Story Code: 854934

News Link :
https://www.islamtimes.org/az/news/854934/doktor-vilayəti-koronavirusdan-müalicə-üçün-iran-istehsalı-dərmanın-istifadəsinə-başlanılır

Islam Times
  https://www.islamtimes.org