QR CodeQR Code

İşğalçı İsraildə koronavirusa yoluxanların sayı 9,2 mindən çox olub

8 Apr 2020 00:52

İslamTimes: Çərşənbə axşamı İsraildə koronavirusa yoluxanların sayı 9248 nəfərə çatıb. Yoluxanlardan 65 nəfər ölüb,  770 nəfər isə sağalıb.


APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə sionist rejimin Səhiyyə Nazirliyinin məlumatında bildirilib. 

Qeyd edilib ki, vəziyyəti ağır olan xəstələrin sayı çərşənbə axşamı 149-a çatıb. 117 xəstə süni tənəffüs cihazlarına qoşulub.

Artıq İşğalçı İsraildə yaşayış məntəqələri polis və hərbçilər tərəfindən nəzarətə götürülüb. Çərşənbə günü səhər saat 6-dan cümə axşamı səhərədək vətəndaşlara evlərini tərk etmək qadağan edilib.


Story Code: 855315

News Link :
https://www.islamtimes.org/az/news/855315/işğalçı-israildə-koronavirusa-yoluxanların-sayı-9-2-mindən-çox-olub

Islam Times
  https://www.islamtimes.org