0
Wednesday 8 April 2020 - 00:52

İşğalçı İsraildə koronavirusa yoluxanların sayı 9,2 mindən çox olub

Story Code : 855315
İşğalçı İsraildə koronavirusa yoluxanların sayı 9,2 mindən çox olub
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə sionist rejimin Səhiyyə Nazirliyinin məlumatında bildirilib. 

Qeyd edilib ki, vəziyyəti ağır olan xəstələrin sayı çərşənbə axşamı 149-a çatıb. 117 xəstə süni tənəffüs cihazlarına qoşulub.

Artıq İşğalçı İsraildə yaşayış məntəqələri polis və hərbçilər tərəfindən nəzarətə götürülüb. Çərşənbə günü səhər saat 6-dan cümə axşamı səhərədək vətəndaşlara evlərini tərk etmək qadağan edilib.