QR CodeQR Code

Yəmən ordusu: “Səudiyyə rejimi hücumlarını davam etdirir”

11 Apr 2020 01:00

İslamTimes: Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii işğalçı Səudiyyə rejiminin koalisiyasının birtərəfli atəşkəsinin yalan olduğunu bildirərək, təcavüzkar koalisiyanın bir çox cəbhədə hərbi əməliyyatlarını davam etdirdiyini bildirib.


Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Yəhya Sərii belə bir açıqlama ilı çıxış edib: “Təcavüzkar koalisiya Haraz, Mazarat Asir və Nəcran ətrafındakı Əl-Bəka bölgələrində 5-dən artıq əməliyyat keçirdi”.

Yəmən ordusunun sözçüsü Səudiyyə rejiminin koalisiyasının səhərə qədər 10-dan artıq döyüş uçuşu ilə hava əməliyyatı keçirdiyini qeyd edib: “Allahın köməyi ilə ordu və inqilabi xalq komitələri təcavüzkarların bütün əməliyyatlarının qarşısını ala bildi və onlara ağır itki verməyə məruz qoydu. Yəmən Silahlı Qüvvələri müxtəlif cəbhələrdə hərbi qarşıdurmalara tam hazırdır. Hər hansı bir qarşıdurmanın taleyi məğlubiyyət və uğursuzluqdan başqa bir şey olmayacaq”.


Story Code: 855908

News Link :
https://www.islamtimes.org/az/news/855908/yəmən-ordusu-səudiyyə-rejimi-hücumlarını-davam-etdirir

Islam Times
  https://www.islamtimes.org