QR CodeQR Code

155 sionist hərbçisi koronavirusa yoluxub

IslamTimes , 14 Apr 2020 01:31

İslamTimes: Sionist rejim işğal olunmuş Fələstin torpaqlarında, o cümlədən sionist rejim ordusunda koronavirusa yoluxmuş əsgərlərin sayını açıqlayıb.


"RT Arabic"in (Rusiya Al-Yaum) verdiyi xəbərə əsasən İsrail ordusunda koronavirusa yoluxmuş əsgərlərin sayı artıb.

Sionist rejim ordusu verdiyi açıqlamada 155 əsgərin Covid-19 virusuna yoluxduğunu bildirib.

İsrail mediasında yayımlanan xəbərlərə əsasən hazırda minlərlə sionist hərbçi karantinə alınıb.

Bu arada işğalçı İsrail rejiminin Səhiyyə Nazirliyi də ordu sıralarında koronavirusun yayılması ilə bağlı həyəcan təbili çalıb.

Mediada yer alan məlumatlara görə, hazırda 11235 israilli virusa yoluxub.

İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirus səbəbindən ölənlərin sayı da artıb.

Sionist rejim Covid-19 virusu səbəbindən həlak olanların sayı 112-yə çatıb.


Story Code: 856524

News Link :
https://www.islamtimes.org/az/news/856524/155-sionist-hərbçisi-koronavirusa-yoluxub

Islam Times
  https://www.islamtimes.org