QR CodeQR Code

Kanadada COVID-19-a rekord sayda yoluxma qeydə alındı

18 Apr 2020 09:51

İslamTimes: Kanadada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 1 792 nəfər artaraq 31 884-ə çatıb. Bu, ölkədə rekord sayda artımdır. 


“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, əvvəlki rekord aprelin 16-da, bir gün ərzində 1 711 nəfərin yoluxduğu zaman qeydə alınıb.

Qeyd edək ki, artıq üçüncü gündür ölkədə yeni infeksiyaya yoluxanların sayında artım müşahidə olunur.

Ən son məlumata görə, Kanadada 507,7 mindən çox insan COVID-19 üçün testdən keçib. 

Ən çox yoluxma halı Kvebek (16 798), Ontario (9 525) və Alberta (2 397) əyalətlərində qeydə alınıb. 


Story Code: 857411

News Link :
https://www.islamtimes.org/az/news/857411/kanadada-covid-19-a-rekord-sayda-yoluxma-qeydə-alındı

Islam Times
  https://www.islamtimes.org