QR CodeQR Code

İşğal olunmuş ərazilərdə koronavirus qurbanların sayı 200 nəfərə çatdı

IslamTimes , 26 Apr 2020 22:35

İslamTimes: İşğal olunmuş ərazilərdə koronavirusdan ölənlərin sayı 200-ə, virusa yoluxanların sayı isə 15 minə çatıb


"Times of Israel"-in verdiyi məlumata əsasən, işğal olunmuş Fələstin ərazilərində koronavirus səbəbindən ölənlərin sayı 200 nəfərə çatıb. Həmçinin bu virusa yoluxmuş sionistlərin sayı 15 mini ötüb.

Digər tərəfdən, virusa yoluxmuş 15300 nəfərdən 6600 nəfərinin sağlamlığına qovuşduğu, 100 nəfərin isə ağır vəziyyətdə olduğu bildirilir. Bu 100 nəfər hazırda süni tənəffüs cihazlarına qoşularaq ölümcül virusla mübarizə aparır.

Sionist rejimdə koronavirusun yayılması ilə bağlı son statistik məlumatlar açıqlanarkən bu rejim mediası sionist rejimin səhiyyə nazirinin istefa vermək qərarı haqda xəbərlər yayıb.

Son günlərdə koronavirusla mübarizə metoduna görə tənqid atəşinə tutulan işğalçı İsrailin Səhiyyə naziri Yaakov Litzman Benyamin Netanyahuya istefa vermək istədiyini söyləyib. 


Story Code: 859149

News Link :
https://www.islamtimes.org/az/news/859149/işğal-olunmuş-ərazilərdə-koronavirus-qurbanların-sayı-200-nəfərə-çatdı

Islam Times
  https://www.islamtimes.org